"Kristal Pelas" almaniyalı oyunçu ilə maraqlanır

"Kristal Pelas" "Yunion Berlin"in futbolçusu Robin Qosenslə maraqlanır.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, London klubunun baş məşqçisi Oliver Qlasner 30 yaşlı yarımmüdafiəçini heyətdə görmək istəyir.

"Yunion Berlin" isə futbolçunu satmaq niyətində deyil.

Ötən mövsüm Berlin klubu ilə 37 oyuna çıxan Qosens bu görüşlərdə 7 qol vurub, 4 asist edib.

Qeyd edək ki, o, daha əvvəl "İnter", "Atalanta" və "Herakles" kimi klublarda çıxış edib.