Krivotsyukun komandasından qələbə

Millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi  "Tecon Xana Sitizen"  Cənubi Koreya çempionatında 5-ci tur oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda doğma meydanda "Seul"la qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

"Tecon Xana Sitizen" - "Seul" - 3:2
Qollar
: İbanez, 15-avtoqol (1:0), Ço, 21 (2:0), İljutçenko, 25 (2:1), Sango, 51 (2:2), İşida, 89 (3:2)

Anton sözügedən görüşdə iştirak edib. O, start heyətdə meydana daxil olub və 80-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Tecon Xana Sitizen" turnir cədvəlində 11 xalal 2-ci pillədə qərarlaşıb. Siyahıya 15 xalla "Ulsan" başçılıq edir.