Kubarsi İspaniya millisindən ayrıldı

18 yaşlı müdafiəçi Pau Kubarsi İspaniya milli komandasının düşərgəsindən ayrılıb. 

Sportline.az xəbər verir ki, bu haqda millinin mətbuat xidməti məlumat yayıb.

Gənc oyunçunun Niderlanda qarşı oyunda (2:2) topuğu burxulmuş və sıradan çıxmışdı. 

"Barselona" futbolçunu geri çağırıb. Kubarsini millidə "Lazio"dan Mario Gila əvəzləyəcək.

Qeyd edək ki, İspaniya millisi martın 23-də Millətlər Liqasının 1/4 finalında Niderlandla həlledici cavab oyununa çıxacaq.