Kubokun finalında gərgin mübarizə
Kişi həndbolçuların Azərbaycan kuboku turnirinin qalibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, həlledici qarşılaşmada “Məhsul” və “Bakı” komandaları münasibətləri aydınlaşdırıblar. Böyük maraqla gözlənilən oyun, gərgin mübarizə şəraitində keçib.
Görüş boyu yüksək əzmkarlıq göstərən rəqiblərin məsələni əsas vaxtda həll etmək istəyi alınmayıb. Hakimin final fiti səslənərkən, tabloda hesab 28:28 olub. Belədə, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub ki, bu mübarizədən də hədəfə düşə bilməyən “Bakı” məğlub ayrılıb.
Rəqibdən fərqli olaraq, 2 penaltini dəqiq yerinə yetirən “Məhsul” həndbolçuları, ölkə kubokunu başları üzərinə qaldırıblar.