Kubokun finalının məkanı açıqlandı

İtaliya kubokunun 2022/23 mövsümünün final oyununun keçiriləcəyi məkan müəyyənləşib.

Sportline.az "Football İtalia"ya istinadən xəbər verir ki, görüş mayın 24-də Romada yerləşən “Olimpiko” stadionunda oynanılacaq.

Qeyd edək ki, yarımfinalda “Yuventus” “İnter”lə, “Kremoneze" "Fiorentina” ilə qarşılaşacaq.