Kubokun ikinci finalçısı müəyyənləşir

Bu gün Rusiya Kubokunda ikinci finalçı da bəlli olacaq.

Sportline.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Zenit” “Spartak Moskva” ilə üz üzə gələcək.

İlk görüş Sankt Peterburq təmsilçisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

“Qazporm Arena”da keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək.

Qeyd edək ki, ilk finalçı “Baltika”ya iki oyunun nəticəsinə görə 3-0 hesabı ilə qalib gələn ÇSKA Mosvkadır.