Kunde London klubuna transfer ola bilər
"Barselona"nın fransalı futbolçusu Jul Kunde "Çelsi"nin maraq dairəsinə düşüb.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, London klubu Kunde üçün 65 milyon avro ödəməyə hazırdır.
Lakin "Barselona" 26 yaşlı futbolçu üçün 80 milyon avro tələb edir.
Qeyd edək ki, Kundenin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 3 qol və 8 asistlə yadda qalıb.