Kunyanın sərbəst qalma məbləği açıqlanıb
"Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunyanın sərbəst qalma məbləğini açıqlayıb.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Vulverhempton" klubu Kunya üçün 62.5 milyon avro tələb edir.
"Arsenal"ın baş məşqçisi Mikel Arteta 25 yaşlı hücumçunu komandasında görmək istəyir.
Qeyd edək ki, Kunya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 15 qol və 4 asistlə yadda qalıb.