Kunyanın transfer qiyməti açıqlanıb
"Vulverhempton" brazilyalı futbolçusu Mateus Kunyanın transfer qiymətini açıqlayıb.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, İngiltərə klubu Kunya üçün 60 milyon avro tələb edir.
25 yaşlı hücumçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 15 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Kunyanın "Vulverhempton"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.