Kurtua "Real"ın heyətindən çıxarılıb

"Real"ın qapıçısı Tibo Kurtua La Liqanın 29-cu turunda bu gecə "Leqanes"lə oynanılacaq matçda iştirak etməyəcək.  

Sportline.az xəbər verir ki, belçikalı qolkiper komandanın son məşqində yer almayıb.  

"Leqanes"lə qarşılaşmada qapıda ukraynalı Andrey Lunin dayanacaq. "Santyaqo Bernabeu" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə 00:00-da start götürəcək.  

Qeyd edək ki, Lunin cari mövsümdə La Liqada 4 oyunda çıxış edib və onlardan ikisində qapısını qol buraxmadan qoruyub.