Kvaratsxeliya İngiltərə klublarının maraq dairəsində

Rusiyanın "Rubin" klubunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə "Everton" və "Vest Hem" maraqlanır. Gürcüstan millisinin üzvü ilə Kazan təmsilçisinin 2024-cü ilin iyun ayına qədər müqaviləsi var.

Xatırladaq ki, Xviça Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.