Kvaratsxeliya "Napoli"dən ayrılır?

"Napoli" gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliyanı sata bilər.

Sportline.az insayder Loiç Tanzinin məlumatına istinadən xəbər verir ki, "Çelsi", "Nyukasl", "Paris Sen-Jermen" və "Mançester Yunayted" Xviçanı transfer etmək üçün yarışa girib. "Napoli" Xviça üçün 90 milyon avro tələb edir. 

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 5 qol və 3 asistlə yadda qalıb.

Onun "Napoli" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.