Kvaratsxeliyanın yeni klubu məlum oldu

Gürcüstan millisi və Batumi "Dinamo"sunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını "Napoli"də davam etdirəcək.

Sportline.az xəbər verir ki, "Napoli"nin prezidenti Aurelio De Laurentis 21 yaşlı yarımmüdafiəçini mövsümün sonunda transfer edəcəklərini açıqlayıb.

Xviça ilə 5 illik müqavilə imzalanacaq. "Napoli" bu transfer üçün "Dinamo"ya 8 milyon avro təzminat ödəyəcək.