Kviça Kvaratsxelianın "Napoli"də maaşı artırılacaq
Gürcüstan millisinin üzvü Kviça Kvaratsxelia "Napoli"də qalmağa qərar verib.
Sportline.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, ona bir çox klubdan təklif gəlsə də, Neapol təmsilçisi gürcünü razı sala bilib. Belə ki, Kvaratsxeliya 2029-cu ilə qədər “Napoli”də qalacaq. Onun hazırkı müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Yeni müqaviləyə əsasən, klub rəhbərliyi Kvaratsxeliyanın maaşını bonuslar nəzərə alınmaqla illik 4,6 milyon avrodan 6 milyona yüksəldəcək.
23 yaşlı yarımmüdafiəçi "Dinamo"(Tbilisi), "Rustavi", "Lokomotiv"(Moskva), "Rubin", "Dinamo"(Batumi) klublarında oynadıqdan sonra 2022-ci ildə "Napoli"yə keçmişdi.