Kyeza: "Liverpul"da oynamaq və burada qalmaq istəyirəm"
"Liverpul"un futbolçusu Federiko Kieza komandası haqqında danışıb.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, italiyalı futbolçu burada olmağından xoşbəxt olmasını gizlətməyib:
“Anfield"da oynamaq tüklərimi biz-biz edir. "Liverpul"da oynamaq və burada qalmaq istəyirəm. "Liverpul"a qoşulduğumdan bəri özümü sübut etmək istəyirəm. Bunun üçün çox da çox imkan əldə etmədim, amma uzun müddətdən sonra 90 dəqiqə oynamaq möhtəşəm idi, çünki buna ehtiyacım var. Çox yaxşı bir komandayıq və bəzən şans qazanmaq çətin ola bilər. Növbəti fürsət üçün hazır olacağam.”
Qeyd edək ki, Kieza bu mövsüm "Yuventus"dan transfer edilmişdi.