La Liqada İstanbul terrorunun qurbanları anılacaq

İspaniyada bu tur La Liqa və II divizionda keçiriləcək oyunlardan öncə İstanbulda törədilən terror aktı zamanı həlak olan insanların xatirəsi anılacaq.

SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İspaniya Futbol Federasiyası qərar verib. Oyunlardan əvvəl terrorda ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

La Liqanın rəsmi Tvitter səhifəsində də paylaşılan xəbərdə məlumat təsdiqlənib və terrok aktı pislənilib.