“Latsio”nun ulduz futbolçusunun yeni komandası bəlli olub

Mövsümün sonu “Latsio” ilə müqaviləsi sona çatacaq olan braziliyalı yarımmüdafiəçi Felipe Anderson artıq yeni komandası ilə müqavilə imzalayıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Braziliyanın “Palmeyras” klubu ilə razılıq əldə edib.
Andersonun yeni komandası ilə 2027-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Qeyd edək ki, 2021-ci ildən “Latsio”da çıxış edən Felipe Anderson çıxdığı 44 oyunda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.