Lautaro Martines "Milan"a məğlubiyyəti şərh edib

"İnter"in hücumçusu Lautaro Martines A Seriyasının son turunda "Milan"a məğlubiyyətlə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, əsas məsuliyyəti öz üzərinə götürüb.

"Hazırlaşdığımız kimi oynaya bilmədik. Yanaşmamız əvvəlcədən düzgün olmadı. İkinci hissədə vəziyyəti düzəlməyə çalışsaq da, tam alınmadı. Kapitan kimi ilk növbədə məsuliyyət mənim üzərimdədir. Ötənilki kimi oynaya bilmədiyimizn fərqindəyəm. Çalışıb səhvlərimizi düzəldəcəyik", - deyə Lautaro "Football Italia"ya açıqlamasında bildirib.

Qeyd edək ki, "İnter" derbidə "Milan"a 1-2 hesabı ilə məğlub olub.