Lautaro Martinesdən məğlubiyyət şərhi
Argentina millisinin hücumçusu Lautaro Martines Kolumbiyaya 1-2 hesablı məğlubiyyəti şərh edib.
Sportline.az xəbər verir ki, təcrübəli futbolçu uğursuzluğun əsas səbəbini hava şəraiti və meydanın vəziyyəti ilə əlaqələndirib.
"Bu, çox çətin oyun idi. İsti və quru meydan bizim oyunumuza maneə törətdi. Məğlubiyyələ barışıb, irəli baxmalıyıq. Oyunumuzu daha da təkmilləşdirməliyikı", - deyə Lautaro oyunla bağlı sualı cavablandırıb.
Qeyd edək ki, Kolumbiyadakı məğlubiyyətə rəğmən aktivində 18 xalı olan Argentina yarış cədvəlinin lideridir.
Kolumbiya millisi ondan iki xal geri qalır.