"Lautaro "Qızıl top"a layiqdir"

"İnter"in baş məşqçisi Simone İnzagi komandanın hücumçusu Lautaro Martineslə bağlı fikrini açıqlayıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis argentinalı forvardın "Qızıl top"a layiq olduğunu bildirib.

"Buna layiq görülmək üçün Lautaro yüksək səviyyəli oyununu davam etdirməlidir. Fikrimcə o, dünyanın ən yaxşı 5 futbolçusundan biridir. Lautaro bu mükafatı haqq edir", - deyə İnzagi "Sky Sport Italia"ya düşüncəsini bölüşüb.

Qeyd edək ki, argentinalı superulduz 2024-cü ildə "İnter"lə İtaliya çempionluğunu, milli komanda ilə isə Amerika kubokunu qazanıb.