"Leççe"nin futbolçusu komandadan qovulub
"Leççe"nin futbolçusu Andi Pelmar əsas komandadan uzaqlaşdırılıb.
Sportline.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Andi sərxoş halda avtomobil idarə etdiyi və yol hərəkəti qaydalarını pozduğu üçün bu cəzaya məruz qalıb.
Qeyd edək ki, "Leççe" A Seriyasında 16 xalla 14-cü sıradadır.