Legioneri "Qalatasaray"dan ayrılır
"Galatasaray"ın kosovolu oyunçusu Milot Raşitsa yeni mövsümdə İngiltərə Premyer Liqasına dönmək niyyətindədir.
Sporltine.az Goal.com-a istinadla xəbər verir ki, yarımmüdafiəçinin transferi ilə yaxından maraqlanan "Börnli" klubu 11 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, kosovolu futbolçu "Qalatasaray"ın heyətində 22 oyuna çıxıb.