"Legiya" növbəti kubok matçına çıxır

Millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" bu gün Polşa kubokunda 1/16 final mərhələsinin ilk görüşünə çıxacaq. 

Sportline.az xəbər verir ki, komanda səfərdə "Şvit Sklovin" qonağı olacaq. 

Polşa mətbuatı yeni baş məşqçi Marek Qlobievskinin heyətdə taktiki olaraq bir sıra dəyişikliklərin edəcəyini yazır.  Mahir Emrelinin isə əsas heyətdə olacağını proqnozlaşdırır. 

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək.