Lempard "Çelsi"yə qayıdır
İngiltərənin "Çelsi" klubu sabiq baş məşqçisi Frenk Lempardla razılıq əldə edib.
Sportline.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, 45 yaşlı mütəxəssis London təmsilçisinin qısamüddətli müqavilə təklifini qəbul edib. Lempard aprelin 2-də istefaya göndərilmiş Qrem Potteri əvəzləyəcək.
Qeyd edək ki, 2001-2014-cü illərdə "zadəganlar"da oynamış keçmiş yarımmüdafiəçi 2019-2021-ci illərdə komandanın baş məşqçisi olub.