"Lester Siti" "Çelsi"nin təklifindən imtina edib
Londonun "Çelsi" klubunun 25 yaşlı yarımmüdafiəçi Kirenan Holu transfer etmək cəhdləri uğursuz alınıb.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Lester Siti" klubu "Zadəganlar"ın ingiltərəli futbolçu üçün təklifini rədd edib.
Xəbərdə, "Nottinqem Forest"in də futbolçuya maraq göstərdiyi deyilir.
Qeyd edək ki, ötən mövsüm "tülkülər"in heyətində 44 oyuna çıxan Kiernan Holl bu görüşlərdə 12 qol və 14 asistlə yadda qalıb. Onun "Lester"lə müqaviləsi 2027-ci ilə qədərdir.