"Lester" tarixində ilk dəfə İngiltərə Kubokunu qazandı

"Lester" komandası tarixində ilk dəfə İngiltərə Kubokunu qazanıb.

Sportline.az xəbər verir ki, "tülkülər" Londondakı "Uembli" stadionunda 21 000 tamaşaçının iştirakı ilə keçirilmiş final oyununda "Çelsi"yə minimal hesabla qalib gəlib - 1:0. Yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. Ben Çiluell görüşün sonlarında bərabərlik qolunu vursa da, VAR-a müraciət edildikdən sonra top hesaba alınmayıb.

Beləliklə, "Lester" İngiltərə Kubokunu əldə edən 44-cü komanda olub. Əvvəlki 4 finalda "tülkülər" məğlubiyyətlə üzləşiblər.