Lider mövqeyini bir qədər də möhkəmlədib

Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, günün ilk görüşündə çempionatın lideri "Azərsu" "İdman Akademiyası" komandasını sınağa çəkib. Nominal meydança sahibinin üstünlüyü ilə keçən qarşılaşmada sürpriz qeydə alınmayıb. Daha inamlı oyun göstərən "Azərsu", 20 top fərqi ilə qalib gəlib - 38:18.

Yarışın autsayderi - “Gənclər Birliyi”nin "qara zolaqdan" qurtulmaq cəhdi bu dəfə də alınmayıb. "Qarabağ"ın kəskin həmlələrini dəf etməkdə çətinlik çəkən "Gənclər Birliyi", 22:44 hesabı ilə uduzub.

"Azərsu" 6 oyundan maksimum nəticə ilə çempionatın vahid lideridir. Ondan 3 oyun az keçirən "Azəryol" 4 xalla ikinci pillədə qərarlaşıb. Eyni xalı 4 oyuna qazanan "Qarabağ" 3-cü yerdədir. "Olimpiya" ilə "İdman Akademiyası" hərəyə 3 xalla 4-cü - 5-ci yerləri bölüşür. Aktivinə hələ ki, xal yazdıra bilməyən "Gənclər Birliyi" yarışın autsayderidir.

YER

KOMANDA

O

Q

H

M

T

X

1.

Azərsu

6

6

0

0

227-129

12

2.

Azəryol

3

2

0

1

97-66

4

3.

Qarabağ

 4

2

0

2

122-104

4

4.

Olimpiya Tbilisi

4

1

1

2

93-130

3

5.

İd.Akademiyası

5

1

1

3

130-151

3

6.

Gənclər Birliyi

4

0

0

4

    86 -175

0