Liderlərin duelində gərgin mübarizə

Kişi hədbolçuların ölkə çempionatında bir oyun keçirilib.

Sportline.az xəbər verir ki, baş mükafata əsas namizədlər – “Məhsul” ilə “Bakı”nın görüşü gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb.

Ötən həftə “Məhsul”a 23:28 hesabı ilə uduzan “Bakı” həmin uğursuzluğun əvəzini çıxıb. Prinsipial qarşılaşma 26:25 hesabı ilə paytaxtın eyni adlı komandasının xeyrinə nəticələnib.

16-cı xalı qazanan “Bakı”, bu qələbə ilə yenidən “Məhsul”un liderliyinə şərik olub. 3-cü pillədəki “Təhsil”in 6 xalı var. Aktivinə xal yazdıra bilməyən U-16 çempionatın aşkar autsayderidir.