Liderlərin görüşündə gərgin mübarizə

Kişi həndbolçuların ölkə çempionatında üçüncü dövrə başlanıb.

Sportline.az xəbər verir ki, 7-ci turun qarşılaşmalarından, “Təhsil” – “Məhsul” matçı daha böyük maraqla gözlənilirdi. Gərgin mübarizə vəd edən oyunda, “Məhsul” komandasının imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Rəqibin ciddi müqavimətinə baxmayaraq, hücumları daha dəqiq tamamlayan “Məhsul” 36:25 hesabı ilə qələbə qazanıb.

Günün digər matçında isə, “Bakı” komandası U-16-nı sınağa çəkib. Keçirdiyi bütün oyunlarda uduzan yeniyetmə həndbolçular, çox çalışsalar da, məğlubiyyətdən qurtula bilməyiblər – 15:40.

Növbəti qələbələrini qazanan “Məhsul” və “Bakı” komandaları, hərəyə 12 xalla çempionatın şərikli liderləridir. “Təhsil” 4 xalla 3-cü pillədə qərarlaşıb. U-16 komandası hələ ki xal qazana bilməyib.