"Lill" - "Borussiya Dortmund": Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

Sportline.az xəbər verir ki,“Lill” öz meydanında “Borussiya Dortmund”la qarşılaşacaq.

Tərəflər arasında Almaniyada keçirilən ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.

“Lill” bu matçda ciddi itkilərlə çıxacaq. Edon Zeqrova, Etan Mbappe, Osame Sahroiyi, Saumel Umtiti və Tiaqo Santos zədə səbəbindən oyunu buraxmalı olacaq.

“Borussiya Dortmund”da isə Karney Çukvuemeka, Daniel Svensson və Felix Enmeka görüşün iştirak ərzəsində yer almayıb.

Start fiti 21:45-də səslənəcək oyunu isveçrəli Sandro Şörer idarə edəcək.