"Lion" "Dortmund"un təklifini rədd edib

"Lion"un fransalı futbolçusu Rayan Çerki üçün "Borussiya Dortmund"dan təklif gəlib.

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, Almaniya klubu R.Çerki üçün "Lion"a 22.5 milyon avro təklif edib.

Lakin "Lion"un rəhbərliyi bu təklifi qəbul etməyib. 

Fransa klubu Çerki üçün 25 milyon avro tələb edir.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 26 oyunda 5 qol və 9 asistlə yadda qalıb.

Onun "Lion"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.