Lionel Skaloni: "Bu, bizə önəmli dərs oldu"

Dünya çempionatında bu gün daha bir 1/4 finalçı müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, söhbət Argentina - Misir görüşündən gedir.

Argentina bu oyunda oyunda imkanları daha yüksək qiymətləndirilən tərəfdir. Messi və komanda yoldaşlarından növbəti qələbə gözlənilir. Baş məşqçi Lionel Skaloni bu qarşılaşmada daha diqqqətli və məsuliyyətli olacaqlarını bildirib:

"Misir millisi ilə oyunun çox çətin və gərgin keçəcəyini tam dərk edirik. Kabo-Verde ilə görüşdə yaşananlar önəmli bir dərs oldu. Həmin oyunda müdafiə xəttində buraxdığımız bəzi sadə səhvləri təhlil etdik və bu matçda daha diqqətli olacağıq. Mətbuatda yorğunluq faktorunun danışıldığını bilirəm, lakin belə böyük turnirlərdə motivasiya yorğunluğu tamamilə arxa plana keçirir. Lionel Messinin meydandakı varlığı və liderliyi hər zaman olduğu kimi bizim üçün ən böyük güvən və güc mənbəyidir. Məqsədimiz azarkeşlərimizə gözəl futbol izlətmək və bu çətin sınaqdan qələbə ilə ayrılaraq adımızı növbəti mərhələyə yazdırmaqdır", - deyə Skaloni oyunla bağlı düşüncələrini bölüşüb.

Qeyd edək ki, Argentina - Misir oyunu Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Banner