"Liverpul" azarkeşləri "Real"ı belə narahat etdilər
"Liverpul" azarkeşləri Çempionlar Liqasının 1/8 finalında "Real"la ilk oyundan əvvəl diqqətləri öz üzərilərinə çəkiblər.
Sportline.az "Daily Mail"ə istinadən xəbər verir ki, fanatlar ötən gecə Madrid təmsilçisinin futbolçularının məskunlaşdığı otelin ətrafında atəşfəşanlıq ediblər. Bu, gecə saat 3 radələrində baş verib. Belə addım atmaqla azarkeşlər "Real"ın oyunçularını narahat etmək istəyiblər.
Qeyd edək ki, bu gün İngiltərədə keçiriləcək "Liverpul" - "Real" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu martın 15-də Madriddə olacaq.