"Liverpul" fanatları çempionluğu belə qeyd etdilər

"Liverpul"un yüzlərlə fanatı, komandanın çempionluğunu "Enfild" stadionunu yaxınlığında qeyd edib.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları arenanın ətrafındakı yolları bağlasalar da, azarkeşlərin sevincini yarımçıq qoymayıblar.

Azarkeşlərin qələbə törəni, şəhərin mərkəzində də davam edib.

Qeyd edək ki, ötən gecə İngiltərə Premyer Liqasının 31-ci turunda "Mançester Siti" səfərdə "Çelsi"yə 1:2 hesabı ilə uduzub və "Liverpul"un çempionluğu rəsmiləşib. "qırmızılar" sonuncu dəfə  30 il əvvəl - 1989-1990 mövsümündə çempion olmuşdu.