“Liverpul” kolumbiyalı futbolçusu ilə vidalaşır
“Liverpul”un kolumbiyalı futbolçusu Luiz Diaz mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, “Barselona” L.Diazı transfer etmək üçün hərəkətə keçib.
Kataloniya klubu 28 yaşlı futbolçu üçün 85 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Luiz Diazın “Liverpul”la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 13 qol və 5 asistlə yadda qalıb.