"Liverpul" türkiyəli ulduza görə 40 milyon avro ödəməyə hazırdır

"Liverpul" klubu "Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız üçün hərəkətə keçib.

Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Mersisayd klubu bu keçid üçün "Liverpul"a 40 milyon avro ödəməyə hazırdır.

Kenanın "Yuventus"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 24 matçda 4 qol və 5 asistlə yadda qalıb.