"Liverpul"dan 100 milyon avroluq transfer

"Atletiko Madrid"in argentinalı futbolçusu Xuliyan Alvarez karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Sportline.az "Anfield Watch" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" Alvarezi mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

Merisayd klubu 25 yaşlı hücumçu üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Xuliyan Alvarez 2024-cü ilin yayında 75 milyon avro qarşılığında "Mançester Siti"dən "Atletiko Madrid"ə transfer olmuşdu.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 23 qol və 5 məhsuldar ötürmə müəllifi olub.