"Liverpul"dan antirekord

"Liverpul" Çempionlar Liqasının 1/8 finalında "Real"la ötən gecə keçirilən oyunda antirekorda imza atıb.

Sportline.az xəbər verir ki, İngiltərə klubu 14-cü dəqiqədə 2:0 öndə olsa da, sonda Madrid klubuna 2:5 hesabı ilə uduzub.

"Opta"nın məlumatına görə, "Liverpul" Çempionlar Liqası tarixində 2:0 önə keçdikdən sonra üç top fərqi ilə məğlub olan ilk komanda olub.

Həmçinin, dünən "Liverpul" tarixində ilk dəfə avrokubok matçında öz meydanında 5 qol buraxıb.

Banner