“Liverpul”un 1 nömrəli hədəfi bəlli olub
“Liverpul” mövsümün sonunda “Bavariya”nın almaniyalı ulduz futbolçusu Camal Musialanı transfer etməyə çalışacaq.
Sportline.az “Rousing The Kop”a istinadən xəbər verir ki, Musiala “Bavariya” ilə yeni müqavilə imzalamayıb. Buda “Liverpul” üçün müsbət haldır.
Mersisayd klubu Musialanı 1 nömrəli transfer hədəfi kimi görür.
Qeyd edək ki, Camal Musialanın “Bavariya” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.