"Liverpul"un gözü o futbolçunun üzərindədir
"Atalanta"nın belçikalı futbolçusu Şarl De Ketelare karyerasını "Liverpul"da davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" De Ketelare üçün "Atalanta"ya 50 milyon avro ödəməyə hazırdır.
İtaliya klubunun rəhbərliyi bu təklifə müsbət yanaşır.
De Ketelare "Liverpul"da çıxış etmək istəyir.
23 yaşlı futbolçunun "Atalanta" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Ş.De Ketelare karyerası ərzində daha əvvəl "Brügge" və "Milan" kimi klubların şərəfini qoruyub.
Hücumçu cari mövsüm çıxış etdiyi 22 matçda 6 qol və 9 asistlə yadda qalıb.