"Liverpul"un sabiq futbolçusu "Fənərbağça"ya keçə bilər

“Fənərbağça” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Darvin Nunyesi transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, Türkiyə nəhəngi mövsümün fasiləsində Nunyesi transfer etmək istəsə də, vergi məsələləri səbəbindən transfer reallaşmayıb.

“Fənərbağça” futbolçu üçün yeni təklif irəli sürüb.

Qeyd edək ki, Darvin Nunyes ötən il 53 milyon avro qarşılığında “Liverpul”dan “Əl-Hilal”a transfer olub.

Hazırda onun transfer dəyərinin 25 milyon avro olduğu bildirilir.