"Liverpul"un şansı gələn mövsümə qaldı
"Liverpul" bu mövsüm Premyer Liqanı qazanmaq üçün şansı qalmayıb.
Sportline.az xəbər verir ki, komanda 30-cu turda "Arsenal"la heç-heçə edib (2:2). "Liverpul" hazırda 29 oyunda topladığı 44 xalla 8-ci yerdədir. “Arsenal” isə “Liverpul”dan 29 xal daha çox toplayıb və turnir cədvəlinə başçılıq edir.
Bu o deməkdir ki, “mersisaydlılar” qalan 9 matçın hamısında qalib gəlsələr belə, “topçular”la fərqi bağlaya bilməyəcəklər.