"Liverpul"un transfer siyahısı
“Liverpool” yeni mövsümdə heyəti gücləndirmək niyyətindədir.
Sportline.az Goal.com saytına istinadla xəbər verir ki, komandanın çalışdırıcısı Yürqen Kloppun transfer hədəfində 12 oyunçu var.
Almaniyalı mütəxəssis bununla bağlı açıqlmasında siyahıya “Çelsi”dən Meyson Mountun, “Inter”dən Nikolo Barellanın başçılıq etdiyini deyib.
Qeyd edək ki, son 4 oyunda qələbə qazana bilməyən “Liverpul” 44 xalla İngiltərə Premyer Liqasının 8-ci pilləsində qərarlaşıb.