“Lokomotiv” şəxsi qol rekordunu yeniləyib
Moskva "Lokomotiv"i Rusiya Premyer Liqasının ilk 8 turunda 19 qol vurub.
Sportline.az xəbər verir ki, bu qol sayı "dəmiryolçular" üçün rekord göstəricidir. Klub sonuncu dəfə 1999-cu ildə Rusiya Liqasının ilk 8 turunda 17 qol imza atmışdı.
Qazanılan xallara görə (18) bu, "qırmızı-yaşıllar"ın tarixində dördüncü və 2017/18 çempion mövsümündən bəri ən yaxşı nəticədir (19).
Xatırladaq ki, Qalaktionovun komansası son olaraq 8-ci tur çərçivəsində "Orenburq"u 4-2 hesabı ilə məğlub edib.