"Los Anceles Leykers" "Şorlot Hornets"ə məğlub olub
Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.
Sportline.az xəbər verir ki, “Los Anceles Leykers” “Kripto Arena”da “Şarlot Hornets”lə qarşılaşıb. İlk period “Leykers”in üstünlüyü ilə başa çatıb. 28:21. Böyük fasiləyədə “Leykers” öndə yollanıb. 48:37. Fasilədən sonra təşəbbüsü ələ alan “Şortlot Hornets” yekunda 100:97 hesabı ilə əzmkar qələbə qazanıb.
Matçın ən məhsuldar basketbolçusu “Şortlot”un oyunçusu Mayles Bridces olub. 29 xal 6 ribaund. “Leykers”də isə ən yaxşı nəticəni Lebron Ceyms göstərib. 26 xal 7 ribaund 11 asist.
Mövsümdə 14-cü qələbəsini qazanan “Şortlot Hornets” Şərq konfransında 14-cü pillədə qərarlaşıb. “Los Anceles Leykers” isə Qərb konfransında 5-ci pillədə yer alıb.