Luçeskunun ulduzunu belə "söndürdülər"

"Şaxtyor" fanatları Donetskdə "Donbass Arena"nın yanında Mirça Luçeskunun (Mircea Lucescu) şərəfinə hazırlanmış ulduz formalı abidənin üstünə klubun rənglərinə uyğun olan mavi rəngli boya töküblər.

Sportline.az Ukrayna mətbuatına istinadən xəbər verir ki,  buna səbəb "Şaxtyor"un azarkeşləri Luçeskunu Kiyev "Dinamo"suna keçidini həzm edə bilməməkləridir. 

Xatırladaq ki, 2004 - 2016-cı illərdə "Şaxtyor"u çalışdıran 76 yaşlı mütəxəssis 2020-ci ildən "Dinamo Kiyev" klubunun baş məşqçisidir.