Luis Enrike "Çelsi"ni çalışdıracaq?
İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike "Çelsi"ni çalışdıra bilər.
Sportline.az xəbər verir ki, mütəxəssis "zadəganlar"la danışıqlar üçün Londona gedib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Enrikenin "Çelsi"də işləməkdə maraqlı olduğu bildirilir. Lakin klub hələ də bu vəzifəyə əsas namizəd olaraq qalan Yulian Naqelsmannı görür.
Qeyd edək ki, daha əvvəl Enrike gələcəklə bağlı planlarını şərh edərə , İngiltərə Premyer Liqasında işləmək istədiyini bildirmişdi.
Xatırladırıq ki, “Çelsi” 3 gün əvvəl baş məşqçi vəzifəsindən Qrem Potteri istefaya göndərib. Komandaya müvəqqəti olaraq Bruno Saltor baş məşqçilik edir.