Luis Enrike Dembeleyə dəstək çıxıb

"PSJ" klubunun baş məşqçisi Luiz Enrike oyunçusu Ousman Dembele barədə danışıb.

Sportline.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, son günlər qeyri-stabil çıxış edən Dembelenin komandadakı mövqeyindən diqqət yetirən Enrike onun kluba yararlı olduğunu deyib.

"Dembele çox yüksək səviyyədə texnikaya malik oyunçudur. Komandada çox faydalı işlər görür. Sadəcə qollarının sayını artırsa, daha çox xeyr verəcəyini düşünürəm" deyə ispan mütəxəssis bildirib.

Qeyd edək ki,  ötən ilin avqustunda 50 milyon avroya "Barselona"dan PSJ-yə transfer olunan 27 yaşlı futbolçu Fransa klubu ilə meydana çıxdığı 47 matçda 9 qol vurub və 17 məhsuldar ötürmə edib.