Luka Donçiçdən tarixi göstərici
"Los-Anceles Leykers"in basketbolçusu Luka Donçiç NBA-da tarixi göstəriciyə imza atıb.
Sportline.az xəbər verir ki, 26 yaşlı sloveniyalı oyunçu "Nyu-Orlean"la qarşılaşmada (136-115) fanatlarını sevindirib.
O, sözügedən qarşılaşmada 30 xal və 15 asistlə yadda qalıb.
Bununla yanaşı Donçiç oyunda 6 üçxallıq atış müəllifi də olub.
Bu göstəricilər "Los-Anceles Leykers" üçün tarixi nəticədir.
Qeyd edək ki, bu görüşdə "Leykers"in digər oyunçusu Lebron Ceyms karyerasının 50 000-ci xalını toplayıb.