Lukaku adını Dünya çempionatı tarixinə yazdırdı
Belçika milli futbol komandasının hücumçusu Romelu Lukaku Dünya çempionatında iki unikal rekorda imza atıb.
Sportline.az xəbər verir ki, hər iki nailiyyət bu səhər turnirin ev sahibi ABŞ-a qarşı 1/8 final oyununda 4:1 hesablı qələbə ilə əldə edilib.
Amerikalılarla oyunda “Napoli”nin 33 yaşlı hücumçusu yalnız ikinci hissədə meydana daxil olub və əlavə vaxtın üçüncü dəqiqəsində son qolu vurub.
Beləliklə, belçikalı ardıcıl üç oyunda əvəzedici heyətdə meydana çıxdıqdan sonra Dünya çempionatı tarixində qol vuran ilk oyunçu olub.
Romelu həmçinin 2014-cü il Dünya çempionatı da daxil olmaqla dörd oyunda əvəzedici heyətdə meydana çıxdıqdan sonra qol vurmağı bacarıb.